15:09 04.07.2024 1072

"Klublarımız avrokuboklardan çox öz çempionatımıza hazırlaşırlar" - Erkin İbrahimov

Artıq gələn həftədən klublarımız avrokubok mübarizəsinə start verəcəklər. "Cığıraçan" "Zirə" olacaq ki, Avropa Liqasında yarışacaq Rəşad Sadıqovun komandası iyulun 11-də Moldova "Şerif"inin qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. Konfrans Liqasında ölkəmizi təmsil edəcək komandalara gəlincə, "Sabah"ın "Makkabi Hayfa"sı ilə ilk görüşü iyulun 25-də səfərdə, cavab matçı isə avqustun 1-də Bakıda baş tutacaq. "Sumqayıt" da "Sabah"la eyni günlərdə, ancaq əvvəlcə səfərdə, daha sonra evdə oynayacaq. "Gənclik şəhəri" təmsilçisinin rəqibi Macarıstanın "Fehervar" komandası olacaq.
Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ"a gəlincə, ikinci mərhələdən mübarizəyə qoşulacaq Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) - "Hamrun Spartans" (Malta) cütünün qalibinə rəqibdir. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək. Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 - 30/31 iyulda keçiriləcək. 

Bəs avrokubok təmsilçilərimiz qitə turnirlərinə necə hazırlaşırlar? Transfer fəaliyyətləri qənaətbəxşdirmi?

Fanat.Az mövzu ilə bağlı menecer Erkin İbrahimovun fikirlərini öyrənib:

"Avrokuboklarda çıxış edəcək klublarımızın transfer fəaliyyətləri və hazırlıqları barədə dolğun fikir bildirmək hələ tezdir. Düzdür, artıq gələn həftədən mübarizəyə start veriləcək. Onu da nəzərə almaq lazımdır ki, "Qarabağ" istisna olmaqla, digərləri uzaq getməyəcəklər. Çünki püşkdə bəxtləri gətirməyib. Götürək "Sabah"ı, "Makkabi Hayfa" "Qarabağ" səviyyəsində klubdur. Yaxud "Zirə"nin rəqibi "Şerif"ə bələdik, həm büdcə, həm təcrübə baxımından xeyli üstündür. Düzdür, "Zirə"nin daha bir şansı olacaq. Amma uduzub Konfrans Liqasına düşsələr, yenə çətin rəqiblə qarşılaşacaqlar. "Sumqayıt"ın üz-üzə gələcəyi Macarıstan "Fehervar"ını da "kimyaçılar"la müqayisə etməyə dəyməz. Odur ki, məncə, klublarımız avrokuboklardan çox öz çempionatımıza hazırlaşırlar. Məsələn "Zirə", yerli qapıçı və müdafiəçi aldılar. "Sabah"da da yerli oyunçular çoxdur. Ola bilsin, 2-3 legioner gətirəcəklər.
"Qarabağ" bəllidir, heyətini böyük ölçüdə qoruyub. O biri komandalar hələ formalaşmayıb. "Zirə" nisbətən fəal görünür. Bu da təbiidir, çünki avrokuboka ilk olaraq onlar start verəcəklər. Amma bütövlükdə, AL və KL-dəki klublarımızın şansları çox azdır. Rəqiblərin səviyyəsini nəzərə alsaq, bir klubumuzun mərhələ adlaması belə, normal nəticə sayılmalıdır".     

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X