Rumıniya millisinin baş məşqçisi Eduard Yordanesku Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün Niderland yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Tarix yazmağa hədəflənmisənsə, bütün gücünü ortaya qoymağa hazır olmalısan. Bütün oyunlar çətindir. 1/4 finala vəsiqə uğrunda qarşılaşma isə daha çətin olacaq. Niderland millisi favoritdir. Rəqibin heyətində inanılmaz oyunçular cəmləşib, amma bizim də güclü tərəflərimiz var".
Qeyd edək ki, Rumıniya - Niderland qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat