Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün 1/8 finalında Avstriya üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Komandamız son dəqiqəyə qədər döyüş ruhu nümayiş etdirdi. Qrup mərhələsinin ilk oyunlarında bununla bağlı ara-sıra problemlər yaransa da, öz xarakterimizi bərpa etdik.
AÇ-2008-dəki qələbələrin sayını təkrarladıq. Bu, çox mühüm nailiyyətdir. Növbəti rəqibimiz şirlər kimi mübarizə aparan Niderlanddır. Biz psixoloji və fiziki güc toplayıb yolumuza davam edəcəyik”.
Qeyd edək ki, 1/4 final mərhələsində baş tutacaq Niderland - Türkiyə matçı 6 iyulda keçiriləcək və saat 23:00-da başlayacaq.
Mirağa