Almaniya millisinin dayaq yarımmüdafiəçisi Robert Andrix ölkəsində təşkil edilən Avropa çempionatının 1/4 finalında İspaniya seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində imicini dəyişib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu saçlarını bənövşəyi rəngə boyayıb.
"Bayer Leverkuzen"in formasını geyinən Andrix Almaniya yığmasının AÇ-2024-də çıxdığı 4 oyunun hamısında iştirak edib.
İspaniya - Almaniya qarşılaşması iyulun 5-də baş tutacaq. Ştutqartda reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.
Nihat