UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Avropa çempionatının 1/8 finalında Avstriyaya qarşı keçirdikləri oyunda (2:1) dubl edən 26 yaşlı müdafiəçi "boz qurd" jesti göstərdiyi üçün 2 oyunluq diskvalifikasiya olunub.
Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Qeyd edək ki, "ay-ulduzlular" AÇ-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcəklər.
Nihat