Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionatının 1/4 finalında Niderland yığmasına qarşı keçirilən oyundan sonra paltardəyişmə otağına baş çəkərək ölkəsinin millisinin futbolçuları ilə görüşüb.
Fanat.Az “Haber Global”a istinadən xəbər verir ki, matçı canlı izləyən dövlət başçısı mübarizəni dayandırmasına rəğmən, AÇ-2024-də əzmkar oyun sərgiləyən "ay-ulduzlular"a dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, Niderland seçməsi Türkiyəni 2:1 hesabı ilə yenərək yarımfinala yüksəlib.
Nihat