Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının 1/4 finalında Niderland yığmasına məğlub olaraq (1:2) turnirlə vidalaşan Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Bura qədər gəlməyimizdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Məncə, turnirdə möhtşəm çıxışla yadda qaldıq. Mübarizəni dayandırdığımız üçün hamımız üzgünük, amma ümud edirəm ki, daha artığına nail olacağıq.
Təəssüf ki, bu, Avropa çempionatında sonuncu matçımız oldu. Ölkəmizdə belə həyəcan yaratdığımız üçün xoşbəxtik. Çox irəlilədik... Futbolda məğlubiyyətlər də olur. Oyundan sonra stadiondakı azarkeşlərimiz bizi ayaqda alqışladılar. Bu, yaxşı əlamətdir.
İkinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Rəqib qapımıza ikinci qolu vurandan sonra isə uzun ötürmələrə keçdik, ancaq yekunda uduzduq. Nə etmək olar, bu, futboldur. İstənilən halda, buradək gəlməyimiz mənim üçün şərəfdir".
Xatırladaq ki, Niderland yarımfinalda İngiltərə, İspaniya isə Fransa ilə qarşılaşacaq.
Nihat