İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Almaniya ilə oyunda zədələnən Pedrinin durumuna aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" de la Fuentenin dediklərini belə çatdırıb:
“Pedri əsəbidir, hələ də ağrıları var. Belə görürəm ki, turnirin sonuna qədər bizə kömək edə bilməyəcək. Amma o, bizimlə qalmaq istəyirdi və buna görə hələ də düşərgədədir. Ona minnətdarıq”.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının 1/4 final matçının 8-ci dəqiqəsində Toni Kroosla toqquşmada xəsarət alaraq əvəzlənib.
İspaniya millisi iyulun 9-da yarımfinalda Fransa yığması ilə qarşılaşacaq.
Mirağa