Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri bəlli olub.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmada sloveniyalı hakimlər briqadası əsas söz sahibi olacaqlar.
Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.
VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.
Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.