"Olimpik Marsel"in yeni baş məşqçisi Roberto de Dzerbi İtaliya yığmasının Avropa çempionatındakı uğursuz çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisün dediklərini "Zeta Luiss" belə təqdim edib:
“Uğursuzluğun bir neçə səbəbi var. Amma mən əsas problemi deyəcəyəm. İtaliyada az sayda ulduz futbolçu var. A seriyasında daha çox əcnəbi oyunçular ön plandadır, onlar bizim futbolçulardan yaxşıdır. Buna görə də əziyyətini milli komanda çəkir”.
İtaliya millisi Avropa çempionatında mübarizəni 1/8 final mərhələsində dayandırıb. Luçano Spalettinin yetirmələri pley-off mərhələsinin ilk mərhələsində İsveçrə millisinə 0:2 hesabı ilə uduzub. Beləliklə, “Skuadra Adzurra” çempion titulunu qoruya bilməyib.
Mirağa