İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında üz-üzə gələcəkləri Fransa ilə matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "RMC Sport" belə çatdırıb:
"Fransa çox yaxşı komandadır. Onlar yarımfinala öz bacarıqları və gözlənilməzlikəri sayəsində çıxıblar. Fransanın futbolçularının nəyə qadir olduqlarını bilirik. Rəqib oyunçuların fərdi keyfiyyətlərini diqqətdə saxlamalıyıq. Ancaq ümumilikdə öz oyunumuzu sərgiləməyə çalışmalıyıq. Yaxşı dinamikamız var, bizdə hər şey yaxşıdır. Komandamız yaxşı futbol sərgiləyir və belə davam edəcəyik".
Qeyd edək ki, İspaniya - Fransa qarşılaşması iyulun 9-da reallaşacaq. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat