Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun formasının geyinən Allan Sent-Maksimen karyerasını Türkiyə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Yağız Sabunçuoğlu yayıb.
Xəbərə görə, onun xidmətində "Fənərbağça" maraqlıdır. Mənbə klubların fransalı vingerin transferi ilə bağlı danışıq apardıqlarını və bu keçidin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb. Danışıqlarda "sarı bülbüllər"in baş məşqçisi Joze Mourinyunun da şəxsən iştirak etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 27 yaşlı Sent-Maksimen 2023-cü ilin yayından Ciddə təmsilçisinin formasını geyinir. Ötən mövsüm "Əl-Əhli" forması ilə 31 matça çıxan təcrübəli futbolçu 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat