Fransa millisinin sabiq müdafiəçisi Emmanuel Peti "xoruzlar"ın kapitanı Kilian Mbappenin Almaniyada təşkil edilən Avropa çempionatındakı oyununu tənqid edib.
Fanat.Az xəbər verir ki, COPE onun sözlərini belə çatdırıb.
"Mbappe hazırda kapitan olmağa layiq deyil. Çünki Kilian öz üzərinə lazım olan qədər məsuliyyət götürmür. Təbii, AÇ-2024-ün yarımfinalında da oynayacaq, axı rəqib İspaniya yığmasıdır. Belə olmasaydı, onu ehtiyat oyunçular skamyasında əyləşdirərdim".
Qeyd edək ki, qitə birinciliyinin yarımfinalına vəsiqə qazanan Fransa seçməsi bu gün İspaniya ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat