İspaniya millisinin sabiq futbolçusu Frank Leböf "xoruzlar"ın kapitanı Kilian Mbappeni qınayıb.
Fanat.Az xəbər verir ki, "Get French Football News" onun sözlərini belə çatdırıb:
"Düşünrəm ki, Bizim Kilianla bağlı ciddi problemimiz var. əgər sən zədəlinsə və tam gücünlə mübarizə apara bilmirsənsə, ümumiyyətlə oynamalı deyilsən. Mənim fikrimcə, futbolçu öz potensialının 50 faizini ortaya qoyursa, o, komandaya pis xidmət edir. Mbappe hazırda heç yaxşı qaça da bilmir. Həmişə maskasını düzəldir".
Qeyd edək ki, Fransa yığması bu gün Avropa çempionatının yarımfinal oyununa çıxacaq. Didye Deşamın rəhbərlik etdiyi kollektiv İspaniya seçməsinə qarşı mübarizə aparacaq. Görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat