İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında bu gün İspaniyaya qarşı keçirəcəkləri oyundan öncə komandasının 16 yaşlı ulduzu Lamin yamaldan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"O, bu yaşda yeni şeyləri çox tez öyrənir. Yamal bilməlidir ki, rəqiblər onu yaxşı tanıyandan sonra oynamaq daha da çətinləşəcək".
Qeyd edək ki, İspaniya - Fransa qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat