Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsində baş tutan İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "buğalar"ın 16 yaşlı cinah hücumçusu Lamin Yamaldır.
Yamal matçın 21-ci dəqiqəsində komandasının bərabərlik qolunu vurub.
Qeyd edək ki, sözügedən oyunçu Avropa çempionatları tarixində rəqib qapısına yol tapan ən gənc futbolçu ünvanına da sahib çıxıb.
Nihat