İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün yarımfinalında Fransaya qalib gəldikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında 2:1 hesablı qələbə barədə belə deyib:
“Biz xoşbəxtik. İndi daha çox sevinirik. Oyunu oxumağı bilən və əla şəkildə oynayan bəzi dahi oyunçularla fəxr edirik. Müdafiədə mükəmməl oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, təhlükəli anlar yaratdıq. Rəqibin bir az da açıq oynamasını istəyirdik. Hesab edirəm ki, ümumilikdə inamlı oyun keçirdik. Futbolçularım nümunəvi işlər görürlər. Onlar fərdi qaydada yaxşı oynayırlar, amma həmişə komandanın xeyrinə çalışırlar. Bu oyunçularla işləmək imkanım olduğu üçün fəxr edirəm.
Biz tarix yazmağa davam etmək istəyirik. Dincəlmək istəmirik. Berlində finalda mübarizə aparmaq üçün kifayət qədər motivasiyamız var idi. Finalda kimin olmasının fərqi yoxdur. İstənilən rəqib güclü olacaq və ona qucaq açıb gözləyəcəyik. Biz qalib gəlmək istəyirik”.
Qeyd edək ki, 14 iyulda baş tutacaq final qarşılaşmasında İspaniyanın rəqibi İngiltərə - Niderland cütünün qalibi olacaq.
Mirağa