İspaniya millisinin müdafiəçisi Mark Kukurelya Avropa çempionatının yarımfinalında Fransaya qarşı keçirdikləri oyunda (2:1) azarkeşlər tərəfindən fitə basılmasını şərh edib.
Fanat.Az xəbər verir ki, ZDF turnirin 1/4 finalında Almaniyaya qarşı oyunda (2:1) cərimə meydançasında top əlinə dəydiyi üçün yarımfinalda da alman azarkeşlərin təzyiqi ilə üzləşdiyi ehtimal edilən futbolçunun sözlərini belə çatdırıb:
"Bunun mənim üçün heç bir önəmi yoxdur. Əsas olan diqqətimi öz oyunuma yönəltməkdir. Topun əlimə dəyməsindən danışırlarsa, bu da oyunun bir hissəsidir".
Xatırladaq ki, İspaniya finalda Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.
Nihat