Niderland millisinin qapıçısı Bart Verbrüggen Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının yarımfinalında bu gün İngiltərəyə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Düzü, məni rəqibin kim olması həyəcanlandırmır. Yalnız qələbə qazanaraq finala çıxmağımızı istəyirəm. Əlbəttə, həmişə əsas vaxtda qalib gəlməyi hədəfləyirən, amma iş penaltilər seriyasına qalsa, hazır olacağıq".
Qeyd edək ki, Niderland - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat