Futbol üzrə Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Seul”la qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Anton da bu görüşün iştirakçısı olub. O, start "11-lik"də yer alıb və sonadək oynayıb. Millimizin üzvü 90+5-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Hazırda 19 xalı olan “Daejeon” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.