Kolumbiya millisinin 32 yaşlı kapitanı Xames Rodriges Amerika Kubokunda yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi unikal nəticəni ABŞ-də təşkil edilən yarışın yarımfinalında - Uruqvay millisini yendikləri matçda (1:0) məhsuldar ötürmə müəllifi olmaqla reallaşdırıb.
Finalına yüksəldikləri turnirdə məhsuldar ötürmələrinin sayını 6-ya çatdıran Rodrigesin bacardığını indiyədək heç bir oyunçunun edə bilməyib.
1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi 5 assistlə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 04:00-da səsləndiriləcək.
Nihat