Argentina millisinin lideri Lionel Messi hazırda çıxış etdiyi Amerika Kubokunun onun karyerasında sonuncu olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mundo Departivo" ulduz hücumçunin dediklərini belə təqdim edib:
“Argentina üçün Amerika Kuboku asan olmadı, çünki komandalar həmişəkindən daha güclü, bərabərsəviyyəli oynayırlar. Buradakı meydançalar çox pisdir, temperatur çox yüksəkdir...
Mənim üçün bu, Amerika Kubokunda sonuncudur. Biz Di Maria və Otamendi ilə son Dünya Çempionatında oynamışıq, indi isə Amerika Kubokunda son matçlarımızı birlikdə keçiririk. Bundan maksimum həzz almağa çalışıram”.
Qeyd edək ki, Argentina millisi Amerika kubokunun finalında Kolumbiya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 15-də baş tutacaq.
Mirağa