Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının finalında İngiltərə ilə qarşılaşacaq İspaniya millisinin yarımmüdafiəçisi Rodri yığmadakı komanda yoldaşı Lamin Yamaldan danışıb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Mən onun artıq yetişdiyini görürəm. Düzü, əvvəllər belə şey görüb-görmədiyimi deyə bilmərəm. Yamalda potensial da var. Laminin maksimum bacarığının necə olduğunu bilmirəm. Bunu bir neçə ildən sonra biləcəyik. Beş və ya altı ildən sonra baxarıq. İki ildən sonra dünyanın ən yaxşılarından biri olacaq. Amma hər şeydən öncə onun öyrənmək istəyən uşaq olduğunu sezirəm.Lamin komandası ilə qələbə qazanmaq, özünə daha çox inanmaq istəyir. Onun yaxın illərdə ən yaxşılardan birinə çevrilmək üçün hər şeyi var".
Qeyd edək ki, İspaniya - İngiltərə qarşılaşması iyulun 14-də reallaşacaq. Final matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat