Argentina millisinin vingeri Anxel Di Maria karyerası ilə bağlı qərara gəlib.
Fanat.Az xəbər verir ki, o, "Benfika" klubu ilə yeni müqavilə imzalayacaq.
Bu barədə "A Bola" məlumat yayıb. Mənbənin məlumatına görə, Portuqaliya klubunun təklif etdiyi yeni müqavilə 1 il müddətinə nəzərdə tutulub.
Ulduz futbolçu hazırda azad agent statusundadır. Onun "Benfika" ilə əvvəlki müqaviləsinin müddəti iyunun 30-da başa çatıb. Tərəflər Amerika Kubokunun finalından sonra yeni müqavilə imzalayacaqlar.
36 yaşlı argentinalı ötən mövsüm bütün yarışlarda 48 oyun keçirib, 17 qol vurub və 15 məhsuldar ötürmə edib.
Mirağa