"Messi daha "Barselona"da gördüyümüz, 5-6 futbolçunu keçən Messi deyil. O yaşlandığı üçün gücünü və sürətini itirib".
Fanat.Az "TyC Sports"a istinadən xəbər verir ki, bunu Kolumbiya millisinin sabiq hücumçusu Adolfo Valensiya deyib.
O, Amerka Kubokunun finalında Messinin komandası Argentina ilə qarşılaşacaq Kolumbiya millisinin futbolçularını ruhlandırmağa çalışıb:
"Hə, bizim kolumbiyalı gənclər bilməlidirlər ki, üstünlük onlardadır. Bu, artıq o Messi deyil.
Di Maria da o deyil. 23-24 yaşlarındakı, heç 26, 27 yaşlarındakı da deyil... Bu üstünlükdən istifadə etməliyik.
İndi Messini onun uğurlarını nəzərə almadan istənilən oyunçu saxlayar. Bu başqa məsələ ki, mən də Messi azarkeşiyəm. Ona həmişə həm bir insan, həm də oyunçu kimi rəğbətim olub".
Qeyd edək kimi, Amerika Kubokunun final matçı iyulun 15-də keçiriləcək.
Nihat