Fransalı mütəxəssis Loran Blan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Əl-İttihad"a baş məşqçi təyin olunub.
Məlumatı sözügedən klubun saytı yayıb.
Daha öncə Fransa millisini və PSJ-ni də çalışdıran Blan son olaraq 2023-cü ilin sentyabrında qovulduğu "Olimpik Lion"da işləyib.
Xatırladaq ki, "Əl-İttihad"ın əvvəlki baş məşqçisi Marselo Qalyardo komandanın ulduz hücumçusu Kərim Benzema ilə insident yaşadığı üçün istefaya göndərilib.
Nihat