Amerika Kubokunun üçüncü yer uğrunda matç keçirilib.
Fanat.Az xəbər verir ki, bürünc medal uğrunda Kanada və Uruqvay milli komandaları üz-üzə gəliblər.
Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə nəticələnib. Kanadadan İsmail Kone və Devid Conatan, Uruqvaydan isə Rodriqo Bentankur ilə Luis Suares fərqləniblər.
Qenalti seriyasında bəlli olub ki, burada bəxt uruqvaylıların üzünə gülüb – 4:3.
Beləliklə, Uruqvay milli komandası Amerika Kubokunun üçüncüsü olub.
Final qarşılaşması iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.