İspaniyanın "Real Madrid" klubunun qapıçısı Andrey Lunin Səudiyyə Ərəbistanından aldığı təklifi rədd edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bernabeu Digital" yayıb.
Mənbənin məlumatına görə, o, "Əl-Nəsr"də oynamaq istəməyib. Səudiyyə Ərəbistanı təmsilçisinin "Real"ın tələb etdiyi 25 milyon avroluq məbləği ödəməyə hazır olduğu, ancaq 25 yaşlı qapıçının çıxışını yüksək səviyyədə davam etdirmək istədiyini çatdırdığı bildirilib.
Andrey Lunin 2023/24 mövsümündə "Real Madrid"in heyətində 31 oyun keçirib və 32 qol buraxıb. O, 12 matçda qapısını toxunulmaz saxlayıb.