Bosniyalı hücumçu Ermedin Dəmiroviç Almaniyanın "Ştutqart" klubuna keçib.
Fanat.Az xəbər verir ki, transferi Bundesliqa klubunun rəsmi saytı açıqlayıb.
Dəmiroviç "Auqsburq"u "Ştutqart"a dəyişib. Onun yeni klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Klub futbolçunun transferi üçün 21 milyon avro ödəyib.
Hücumçu 2023/2024 mövsümündə "Auqsburq"un heyətində 33 matça çıxıb, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Ştutqart” Bundesliqanı ikinci pillədə başa vurub. Komanda gələn mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.
Mirağa