"Zenit"in yarımmüdafiəçisi Vendel karyerasını "Qalatasaray"da davam etdirmək variantına isti yanaşır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Rudu Qaletti yayıb.
Xəbərə görə, klublar bu transferlə bağlı razılığa gələcəkləri halda, sözügedən oyunçu İstanbul nəhənginə keçəcək.
Daha öncə "sarı-qırmızılar"ın Vendelə elçi düşdükləri ilə bağlı Rusiya və Türkiyə mətbyatında informasiyalar dərc edilmişdi.
Nihat