İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri Qaret Sautgeytin yığmanın baş məşqçi postundan getməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “The Independent” Terrinin dediklərini belə təqdim edib:
“Sautgeyt həmişə tənqidlərə qarşı təmkinli olub. Bir çox keçmiş futbolçular onun işini tez-tez tənqid edirdilər. Amma onlar böyük turnirlərin 1/4 finalını keçə bilməyənlərdi. Əla iş görən məşqçini tənqid edirdilər.
Əminəm ki, Qaretin Premyer Liqada və digər liqalardan təklifləri olacaq”.
Bu həftə istefası açıqlanan Sautgeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Onun rəhbərliyi altında milli komanda iki dəfə ardıcıl AÇ-nin finalında oynayıb və hər ikisində məğlub olub.
Mirağa