Almaniya Bundesliqasının qalibi "Bayer Leverkuzen" yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, "Renn"in fransız hücumçusu Martin Terye karyerasını Almaniya çempionatında davam etdirə bilər. "Bayer"in artıq oyunçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb və tərəflər uzunmüddətli anlaşma imzalamağa yaxındırlar.
Onun transfer qiyməti 20 milyon avro qiymətləndirilir.
Terye 2023/2024 mövsümündə "Renn" forması ilə 36 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Bayer" ötən mövsüm Bundesliqa çempionu və Almaniya kubokunun qalibi olub. Bundan başqa, Xabi Alonsonun komandası Avropa Liqasında finala yüksəlib və ötən mövsümdəki yeganə məğlubiyyətini "Atalanta"dan (0:3) alıb.
Mirağa