FİFA milli komandaların yeni reytinqini açıqlayıb.
Fanat.Az xəbər verir ki, reytinqin lideri Dünya Kubokunun və Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir.
İkinci yerdə Fransa millisi, üçüncü yerdə isə 2024-cü ildə Avropa çempionatının qalibi olan İspaniya qərarlaşıb.
Azərbaycana gəlincə, millimizin mövqeyi dəyişməz qalıb.
Fernandu Santuşun çalışdıracağı yığma 1179,88 xalla, 111-cü yerdə qalıb.
1. Argentina - 1901
2. Fransa - 1854
3. İspaniya - 1835
4. İngiltərə - 1812
5. Braziliya - 1785
6. Belçika - 1772
7. Niderland - 1758
8. Portuqaliya - 1741
9. Kolumbiya – 1727
10. İtaliya - 1714
...
26. Türkiyə - 1533
...
111. AZƏRBAYCAN - 1179