Son bir neçə gündə Kilian Mbappenin keçidini elan edib Luka Modriçlə anlaşmanın müddətini uzadan "Real Madrid" növbəti müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi bu gün müdafiəçi Lukas Vaskesin müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
33 yaşlı futbolçu daha bir mövsüm - 2025-ci ilin ortalarına qədər "Real"da qalacaq.
Lukas Vaskes "Real"ın öz yetirməsidir. Futbolçu əsas komandada 349 rəsmi matç keçirib, bu oyunlarda 36 qol vurub və 65 məhsuldar ötürmə verib.
Qeyd edək ki, ötən mövsüm "Real" Superkubok, La Liqa və Çempionlar Liqasının qalibi olmaqla 3 titul qazanıb.
Mirağa