Almaniya millisinin sabiq yarımmüdafəçisi Toni Kroos AÇ-2024-ün 1/4 finalında İspaniyaya qarşı keçirdikləri matçın (1:2) 106-cı dəqiqəsində topun rəqibin cərimə meydançasında Mark Kukurelyanın əlinə dəydiyi, lakin hakimin penalti təyin etmədiyi epizoda münasibət bildirib.
Fanat.Az "Einfach mal Luppen"ə istinadən xəbər verir ki, futbolçu karyerasını bitirən "8 nömrə" belə danışıb:
"İndiyədək özümü saxlamışam (gülür). Əvvəlcə nə baş verdiyini anlamadım. Bunun aşkar əllə oyun olduğunu görmədim. Həmin vaxt hakimin qərarına çox üzülmədim. Sonradan vəziyyətin nə yerdə olduğunu anladım. Epizodu görəndə əsəbiləşdim. Gəlin hər şeyi olduğu kimi saxlayaq... Meydanda mən onun qərarına səhvən inandım. Orada görə bilməmişdim. Hakimlər özləri də nə qərar verməli olduqlarını 100 faiz bilmirlər. Edə biləcəyimiz yeganə şey baş verəni qəbul etməkdir".
Xatırladaq ki, həmin oyunu ingiltərəli referi Entoni Teylor idarə edib.
Nihat