Tanınmış insayder Fabritsio Romano "Mançester Siti"nin hücumçusu Xulian Alvaresin klubu tərk edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Romano "şəhərlilər"in argentinalını vacib oyunçu saydıqlarını vurğulayıb:
"Onu "Siti"də önəmli fiqurlardan biri hesab edirlər. Alvaresi 75-80 milyon avroya, İngiltərəni təmsil etməyən klublardan birinə sata bilərlər, amma elə-belə buraxmayacaqlar".
Daha öncə sözügedən oyunçunun xidmətində "Atletiko Madrid"in maraqlı olduğu barədə informasiyalar yayılıb.
Son mövsümdə MS forması ilə bütün turnirlərdə 54 matça çıxan Xulian 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı forvardın klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Alvaresin transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat