"Mançester Yunayted"in mərkəz müdafiəçisi Matteys de Liqt üçün "Bayern Münhen"ə nə qədər ödəyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mirror" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" qarşı tərəfə 53,3 milyon avro ödəməyə hazırdır. Mənbə tərəflərin razılığa gəlmək üzrə olduqlarını vurğulayıb. Matteysin artıq MY ilə şəxsi müqavilənin detallarını da müəyyənləşdirdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, de Liqt "Bayern"ə 2022-ci ilin yayında keçib. O vaxtdan bəri Almaniya nəhənginin sıralarında bütün turnirlərdə 73 matça çıxan niderlandlı 5 məhsuldar ötürmə müəllifi olub. Matteysin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
Nihat