Barselona"nın və Bolqarıstan millisinin sabiq hücumçusu Xristo Stoiçkov Kataloniya klubunun "Atletik"in vingeri Niko Uilyamsı almalı olduğunu deyib.
Fanat.Az xəbər verir ki, Stoiçkovun sözlərini "Sport.es" belə çatdırıb:
"Onu indi almaq lazımdır. Mən Uilyamsı "Barselona"ya məslhət gördüyümü artıq sizə demişəm. O vaxt almadılar, amma indi istəyirlər. Joan Laporta və Deku onun "Barselona"nın oyunçusu olduğuna şübhə etməməlidirlər. Uilyams yalnız cinah hücumçusu mövqeyində deyil, həm digər cinahda, həm nominal forvard ampluasında, həm də "saxta doqquz" kimi oynaya bilir. Bu, "Barselona" üçün çox şey demək ola bilər".
Qeyd edək ki, Uilyams İspaniya millisi ilə AÇ-2024-ün qalibi olub. Onun "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat