Türkiyənin "Fənərbağça" klubu heyətinə yeni futbolçu qatır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, İstanbul nəhəngi "Sevilya"nın hücumçusu Yussef En-Neseri ilə şəxsi müqavilə ilə bağlı razılığa gəlib. Mənbə "Fənər"in bu keçid üçün Əndəlüs təmsilçisinə 20 milyon avro ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Yussef 2020-ci ildən "Sevilya"da çıxış edir. O, ötən mövsüm komandasının forması ilə bütün turnirlərdə 41 oyuna çıxaraq 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.