"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Skott Maktomineyin komandadan ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sölərini "Goal" belə çatdırıb:
"Bizim çox yaxşı futbolçularımız var. Başqa klubların onlarla maraqlanması normal haldır. Mövsüm ərzində 10 qol vurursansa və Şotlandiya millisində özünü yaxşı tərəfdən göstərirsənsə, təbii ki, səninlə maraqlanacaqlar. Amma biz Skottu heyətdə saxlamaq istəyirik. O, bizim üçün çox vacib oyunçudur".
Daha öncə "Fulhem", "Tottenhem" və "Qalatasaray" kimi klubların Maktomineyə elçi düşdüyü barədə xəbərlər yayılmışdı.
Skott MY-nin öz yetirməsidir. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı 27 yaşlı orta xətt oyunçusunun transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir. Geridə qalan mövsümdə bütün turnirlərdə 43 matça çıxan Maktominey 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat