"Mançester Yunayted"in sabiq futbolçusu Erik Kantona "Barselona"nın və İspaniya millisinin 17 yaşlı vingeri Lamin Yamaldan danışıb.
Fanat.Az xəbər verir ki, "Thw Atletic" onun sözlərini belə çatdırıb:
"İspaniyanın oyununu bəyənirəm. Yamal kimi futbolçuya sahib olmaq üstünlükdür. Çünki onun nə edəcəyini heç vaxt bilmirsən. Yamal həmişə təəccübləndirir. O, meydanı əla görür, doğru qərarlar qəbul edir. Bu, mənim çox xoşuma gəlir. Hərdən oyunlara yalnız bir futbolçunu izləmək üçün baxıram.
Təbii, "Mançester Yunayted"in də əla oyunçuları var. Amma onların heç birini Yamalla müqayisə etmək olmaz. Mən məni təəccübləndirən oyunçuları sevirəm. MY-də hərdən Brunu Fernandeş belə edir.
Futbola yeni başlayan oyunçuların ən çox ehtiyacı olan şey oyun ehtirasıdır. Zövq almağı bacarmaq, futbolu sevmək lazımdır. Nədənsə futbolçuların çoxu topu özünə düşmən sayır. Amma belə deyil. Top futbolçunun dostudur. Yamalı izləyərkən topun onun dostu, hətta qardaşı olduğunu hiss etmək olur".
Xatırladaq ki, İspaniya yığması ilə AÇ-2024-ün qalibi olan Yamal turnirin ən yaxşı gənc oyunçusu seçilib.
Nihat