"Mançester Siti"nin braziliyalı sağ cinah müdafiəçisi Yan Koutu karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, son iki mövsümü icarə əsasında "Jirona"da keçirən futbolçunun xidmətində Dortmund "Borussiya"sı maraqlıdır. Mənbə tərəflərin danışıqlara başladığını vurğulayıb. "Borussiya"nın Koutunun müqaviləsində əksini tapan sərbəstqalma məbləğini - 40 milyon avronu ödəməyə hazır olmadığı, onu daha münasib qiymətə almağa çalışacağı bildirilib.
Xatırladaq ki, 2020-ci ilin yayında transfer edilən Koutu hələ "Mançester Siti"də debüt matçına çıxmayıb.
Nihat