Türkiyəli ulduz futbolçu Arda Gülər "Real Madrid"i tərk edə bilər.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçunun xidmətində "Bayer Leverkuzen" maraqlıdır.
Bu barədə "Ok Diario" məlumat yayıb. Mənbənin məlumatına görə, Almaniya klubunun rəhbərliyi yarımmüdafiəçinin icarəsi ilə bağlı Madrid "Real"ı ilə razılaşmaq istəyir. Ancaq Ardanın bu transferdə maraqlı olmadığı bildirilir.
Arda Turan ötən mövsüm İspaniya çempionatında 10 oyunda iştirak edib, 6 qol vurub.
Yarımmüdafiəçinin "Kral klubu" ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. "Transfermarkt" onun dəyərini 45 milyon avro qiymətləndirir.
Mirağa