Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra 6 aydır ki, klubsuz olan Xuan Mata karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.
Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumameyilli yarımmüdafiəçi hələ butslarını asmaq fikrində deyil.
Xuan Mata hazırda Danimarkanın "Nordşellan" klubunun düşərgəsindədir.
Bu barədə Danimarkanın "Dribles" nəşri məlumat yayıb. Ancaq təcrübəli ispan bu klubda sadəcə məşq edir. Mənbənin məlumatına görə, o, yeni komanda axtarışındadır və özünü formada saxlayır.
Qeyd edək ki, Xuan Mata Avropada əsasən "Valensiya", "Çelsi" və "Mançester Yunayted"dəki çıxışları ilə tanınır. "Transfermarkt" futbolçunun dəyərini 800 min avro qiymətləndirir.
Mirağa