Türkiyə Superliqasında legioner limiti dəyişib.
Fanat.Az-ın "Fanatik"ə istinadən məlumatına görə, qərar Türkiyə Futbol Federasiyasının toplantısında qəbul olunub.
Belə ki, elita təmsilçiləri artıq mövsüm üçün 26 yox, 28 oyunçu sifariş edə biləcəklər. Onlardan 14-ünün yerli oyunçu statusu daşıması vacibdir.
Əvvəl "23-lüy"ə 12 legionerin adının salınması və meydanda 3 yerlinin olması məcburi idisə, bundan sonra komandalar start "11-lik"də istədikləri sayda əcnəbi oynada biləcəklər. Matçların iştirak ərizəsindəki gəlmə sayı isə dəyişməz qalıb.
Nihat