"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Fransanın "Trua" klubundan aldıqları 20 yaşlı cinah hücumçusu Savionun transferindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Onun birəbir oyunu dağıdıcıdır! Savio hər iki cinahda, hətta mərkəzdə də oynaya bilir. Amma o, bizə daha çox cinahda lazımdır. "Jirona"ya təşəkkür etməliyik, çünki əla iş görüblər".
Qeyd edək ki, Savio son mövsümü icarə əsasında "Jirona"da keçirib. İspaniya təmsilçisinin forması ilə bütün turnirlərdə 41 matça çıxan gənc futbolçu 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat