"Jirona"nın və Ukrayna millisinin hücumçusu Artyom Dovbik karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, 27 yaşlı oyunçuya elçi düşən "Atletiko Madrid" transferi reallaşdırmaq üzrədir. Mənbə Madrid təmsilçisinin bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyəcəyini vurğulayıb. Artyomun özünün "Atletiko"da oynamaq variantına isti yanaşdığı və "Jirona"nın bu məqamı nəzərə aldığı da bildirilib.
Ötən mövsüm bütün turnirlərdə 41 matça çıxan Dovbik 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Ktaloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Xatırladaq ki, "Atletiko"nun əsas hücumçusu Alvaro Morata bir müddət öncə "Milan"a keçib.
Nihat