İngiltərə təmsilçisi "Mançester Siti" ABŞ-də yoldaşlıq oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, şəhərlilər Çapel Hilldəki "Kenan Memorial Stadium"da Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıblar.
Oyun "Seltik"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Şotlandiya təmsilçisinin qollarına Nikolas Qerrit Kyun (2), Kioqo Furuhasi və Luis Palma imza atıblar. Mançester komandasında isə Oskar Bobb, Maksimo Perrone və Erlinq Holand fərqləniblər.
Nihat