“Mançester Yunayted”in “Bayern Münhen”in 24 yaşlı müdafiəçisi Matteys de Liqti transfer etmək planı baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Germany" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" niderlandlı futbolçu üçün 40 milyon avro təklif etsələr də, Almaniya nəhəngi onu 50 milyondan ucuz satmaq niyyətində deyil.
Xatırladaq ki, "Bayern" de Liqti 2022-ci ilin yayında, 67 milyon avroya "Yuventus"dan alıb. O vaxtdan bəri Münhen klubunun sıralarında bütün turnirlərdə 73 matça çıxan arxa xətt oyunçusu 5 məhsuldar ötürmə müəllifi olub. Matteysin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
Nihat