Dünən Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunları başlayıb.
Fanat.Az xəbər verir ki, turnirin rəsmi açılış mərasimi sabaha təyin edilsə də, iyulun 25-də 2 idman növündə yarışlar start götürüb.
Futbol yarışlarında 8 görüş reallaşıb. Argentina Mərakeşə, Özbəkistan İspaniyaya, Ukrayna İraqa, ABŞ Fransaya, Qvineya Yeni Zellandiyaya məğlub olub. Yaponiya millisi Paraqvayı darmadağın edib. Misir Dominikan Respublikası ilə, Mali isə İsraillə heç-heçəyə razılaşıb.
Həmçinin bu gün reqbi üzrə 7 oyun da olub.
Paris-2024, futbol yarışları
A qrupu
Qvineya - Yeni Zellandiya - 1:2
Fransa - ABŞ - 3:0
Xallar: Fransa - 3, Yeni Zellandiya - 3, Qvineya - 0, ABŞ - 0
B qrupu
Argentina - Mərakeş - 1:2
İraq - Ukrayna - 2:1
Xallar: İraq - 3, Mərakeş - 3, Argentina - 0, Ukrayna - 0
C qrupu
Özbəkistan - İspaniya - 1:2
Misir - Dominikan Respublikası - 0:0
Xallar: İspaniya - 3, Misir - 1, Dominikan Respublikası - 1, Özbəkistan - 0
D qrupu
Yaponiya - Paraqvay - 5:0
Mali - İsrail - 1:1
Xallar: Yaponiya - 3, İsrail - 1, Mali - 1, Paraqvay - 0.